Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

   Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir
  22 İyul 2022    Oxunub:1588
Hazırda Baş prokuror Kamran Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci yarımilində fəaliyyət istiqamətləri üzrə prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videoformat rejimində geniş kollegiya iclası keçirilir.
Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edir. Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən informasiya təsdiq olunaraq iclasın detalları ilə bağlı ictimaiyyətə məlumatın veriləcəyi bildirilib.

AzVision.az



Teqlər: Prokurorluq  



Xəbər lenti