İyulun 25-dək rayonlarda hava qeyri-sabit olacaq

   İyulun 25-dək rayonlarda    hava qeyri-sabit olacaq
  23 İyul 2022    Oxunub:1410
Həftəsonunadək Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, iyulun 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, iyulun 25-i gündüzədək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyinin sürəti 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-28 metr/saniyə olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

AzVision.az



Teqlər: ETSN  



Xəbər lenti