Həkimlər üç yaşlı uşağın mədəsindən 15 maqnit çıxardı

Həkimlər üç yaşlı uşağın mədəsindən 15 maqnit çıxardı
  23 İyul 2022    Oxunub:1373
Rusiyanın Orenburq şəhərində üç yaşlı uşaq 15 maqnit udub.
Belə ki, üç yaşlı uşaq qida borusunda yad cisim şübhəsi ilə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Ultrasəs və rentgen müayinəsi mədə-bağırsaq traktının boşluğunda bir neçə maqnit topunun olduğunu göstərib.

Orenburqdakı Uşaq Cərrahiyyəsi Mərkəzinin endoskopistləri üç yaşlı xəstənin udduğu 15 maqniti mədəsindən çıxarıblar. Hazırda uşaq xəstəxanadadır, ona lazımi tibbi yardım göstərilir.


AzVision.az



Teqlər:



Xəbər lenti