Goranboyda avtomobil qəzasında 4 qadın yaralandı

Goranboyda avtomobil qəzasında 4 qadın yaralandı
  23 İyul 2022    Oxunub:1743
Goranboyda avtomobillərin toqquşması zamanı 4 qadın xəsarət alıb.
AzVision.az xəbər verir ki, Şəfəq və Zeyvə kəndlərini birləşdirən avtomobil yolunda 2 nəqliyyat vasitəsinin toqquşmas zamanı 1985-ci il təvəllüdlü N.Cəfərova, 1981-ci il təvəllüdlü Y.Əhmədova, 2004-cü il təvəllüdlü A.Həşimova və bacısı, 2006-cı il təvəllüdlü R.Həşimova xəsarət alıblar.

Yaralılar Goranboy Mərkəzi rayon Xəstəxanasına aparılıblar.

Xəsarət alanların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Goranboy   Qəza  



Xəbər lenti