Goranboyda mikroavtobus aşdı - Yaralılar var (SİYAHI )
Fəhlələri daşıyan mikroavtobusun Qaramusalı kəndində aşması nəticəsində xəsarət alanların 15-nin vəziyyəti kafi və orta-ağır, digər 9 nəfərin vəziyyəti isə qənaətbəxş və normal hesab olunur.
Qeyd edək ki, xəsarət alanların bəzilərinin üzərinə qaynar su dağılıb və yanıq xəsarətləri alıblar. Onlardan E.Qarayevanın vəziyyəti ağırdır, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
09:04
Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var.
Hadisə Qaramusalı kəndində qeydə alınıb. Fəhlələri daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.(Report)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


