ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edib
T. Qebreyesus bildirib ki, indiyədək dünyanın 50-dan artıq ölkəsində meymunçiçəyinə yoluxanların hallarının sayı 16 mini ötüb. B ölkələrin əksəriyyətində əvvəllər meymunçiçəyinə yoluxma hallarına praktiki olaraq rast gəlinməyib.
2020-ci il yanvarın 30-da ÜST COVID-19-la bağlı beynəlxalq əhəmiyyətli fövqəladə hal elan edib. Meymunçiçəyi virusu ilə bağlı eyni qərarın koronavirus pandemiyasına oxşar tədbir və məhdudiyyətlərin tətbiqi anlamına gəlmir.
Qeyd edilməlidir ki, ÜST-ün fövqəladə hallar komitəsinin iyun ayında keçirdiyi növbədənkənar toplantısında meymunçiçəyi ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan olunmasını tövsiyə etməyib. Komitənin ikinci iclasında aparılan müzakirə və məsləhətləşmələri, eləcə də beynəlxalq ictimai sağlamlıqla bağlı yaranmış vəziyyəti nəzərə alaraq, ÜST meymunçiçəyi ilə bağlı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


