Kanalda batan oğlanın meyiti tapıldı

Kanalda batan oğlanın meyiti tapıldı
  24 İyul 2022    Oxunub:1178
Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində batması ehtimal olunan 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun axtarışları başa çatıb.
Bu barədə AzVision.az FHN-ə istinadən xəbər verir.

F.Əliyevin meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti