Hindistanda fişəng istehsalçısının evində partlayış - 6 nəfər ölüb

   Hindistanda fişəng istehsalçısının evində partlayış -    6 nəfər ölüb
  24 İyul 2022    Oxunub:1277
Hindistanda fişəng istehsalçısının evində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, səkkiz nəfər yaralanıb.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Hindistanın Bihar əyalətinin Saran rayonunda baş verib.

Partlayış nəticəsində evin bir hissəsi dağılıb, qalan hissəsi isə yanıb. Polisin məlumatına görə, ev binanın böyük hissəsi çökdüyü çayın sahilində yerləşir. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Polis dağıntılar altında insanların qala biləcəyini istisna etmir.

AzVision.az


Teqlər:



Xəbər lenti