"Zəfər" altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib

   "Zəfər" altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib
  25 İyul 2022    Oxunub:1080
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi 175 xidmətdən 110-u elektron, o cümlədən 46-sı proaktivdir. Bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov qurumun 6 aylıq yekunlarına həsr olunan hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, 30 arayış növü elektronlaşdırılıb. Onun sözlərinə görə, ilin əvvəlindən ölkənin vahid sosial reyestri olan e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət daxil olub.

"Bu ilin yanvar-iyun aylarında nazirliyin fəaliyyət sahələri üzrə 314 683 elektron arayış verilib. "Zəfər" altsisteminə 200 minədək müharibə veteranına dair məlumatlar daxil edilib. Təyinatlar barədə məlumat şəxslərin e-sosial portalındakı şəxsi kabinetlərində yerləşdirilib".

AzVision.az





Teqlər:



Xəbər lenti