Polşalı diplomatlar Rusiya və Belarus həmkarları ilə görüşməyəcək

Polşalı diplomatlar Rusiya və Belarus həmkarları ilə görüşməyəcək
  25 İyul 2022    Oxunub:1619
Polşa Xarici İşlər Nazirliyinin nümayəndələri bundan sonra Rusiya və Belarus diplomatlarının iştirak etdiyi görüşlərdə iştirak etməyəcəklər.
Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib ki, qərar Rusiya təcavüzü ilə bağlı siyasətin əsas elementidir:

“Hesab edirik ki, Rusiya fəaliyyət göstərə biləcəyi bütün beynəlxalq forumlardan və formatlardan maksimum dərəcədə təcrid olunmalıdır”. Yablonski izah edib ki, Polşanın məqsədi Rusiyanın beynəlxalq münasibətlərdə normal tərəfdaş kimi iştirakının qarşısını almaqdır.


AzVision.az



Teqlər:



Xəbər lenti