60 mediator cəzalandırılıb
N.Adilov bildirib ki, Mediasiya Şurası fəaliyyətə başlayandan indiyə kimi İntizam Komissiyası 60 mediator barəsində intizam icraatı aparıb:
"60 mediatorun 8-i barəsində 6 ay müddətində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması dair intizam məsuliyyəti, 1 mediator barəsində 3 ay müddətində mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılmasına dair intizam məsuliyyəti, 14 mediator barəsində Töhmət intizam məsuliyyəti tətbiq edilib".
O əlavə edib ki, 30 mediatorun hərəkətlərində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması faktı aşkar edilmədiyindən barələrində aparılan intizam icraatına xitam verilib. 1 mediator barəsində araşdırma davam edir.
AzVision.az
Teqlər: