Ötən il Ombudsman aparatına 1532 şikayət daxil olub

   Ötən il Ombudsman aparatına 1532 şikayət daxil olub
  26 İyul 2022    Oxunub:1863
Ötən il insan hüquqlarının pozulması halları ilə bağlı Ombidsman aparatına 1532 müraciət daxil olub .
AzVision.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil-Ombusman Səbinə Əliyeva deyib.

O bildirib ki, şikayətlər nəzarətə götürülüb və onlardan 582-si üzrə aidiyyəti qurumlara müraciət edilib.

"İcraya qəbul edilən müraciətlərin 26 faizinin icrası təmin edilib. Şikayətlərin məzmunu daha çox əmək haqlarının ödənilməsi yaxud gecikdirilməsi, istehsalat qəzalarına verilən müavinətlərin gecikməsi, hamiləliyə görə, əmək müqaviləsi olmadan işdən çıxarmalar və vətəndaşın pensiya yaşına az qalmış onun işdən azad edilməsi ilə bağlıdır",-S. Əliyeva deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti