Mediasiya Şurasında 113 müraciət barışıqla tamamlanıb

Mediasiya Şurasında 113 müraciət barışıqla tamamlanıb
  26 İyul 2022    Oxunub:1060
Ötən il Mediasiya Şurasına əmək mübahisələri ilə bağlı daxil olan 113 müraciət barışıqla tamamlanıb.
AzVision.az xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib. O bildirib ki, 2022-ci ildə Mediasiya Şurasına daxil olan əmək mübahisələrinin sayı 798 - dir. Bu il isə bu müraciətlərdən 113-ü barışıq sazişi ilə tamamlanıb.

Onun sözlərinə görə, 1 il müddətində Mediasiya haqqında Qanunun tələblərinə cavab verən ümumilikdə 1302 əmək mübahisəsi ilə bağlı iş Mediasiya Şurasına daxil olub:

"Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi günədək Mediasiya Şurasını 12 sosial işçi ilə təmin edib".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti