Türk dövlətləri xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçirilir

   Türk dövlətləri xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçirilir
  26 İyul 2022    Oxunub:1717
Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilir.
Azərbaycanı toplantıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov təmsil edirlər.Konfransda terrorçuluğa qarşı birgə mübarizə məsələsi müzakirə olunur.

İclasda eyni zamanda Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Xidmətinin rəisi Kamçıbek Taşıyev, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Yermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Abdusalom Əzizov iştirak edirlər.

Artıq Qırğızıstan Prezidenti Sadır Japarov nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

AzVision.az



Teqlər:



Xəbər lenti