Ərdoğanın nümayəndəsi: “Rusiya ilə Ukrayna arasında dialoq bərpa oluna bilər”

      Ərdoğanın nümayəndəsi:    “Rusiya ilə Ukrayna arasında dialoq bərpa oluna bilər”
  26 İyul 2022    Oxunub:1388
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın hesab edir ki, iyulun 22-də Ukraynadan taxıl ixracına dair imzalanmış sazişlər Moskva ilə Kiyev arasında Ukrayna böhranının nizamlanması üzrə danışıqların bərpasına kömək edəcək.
Kalın qeyd edib ki, hərbi əməliyyatla razılaşmayan Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib: “Rəsmi Moskva cavab olaraq məhdudiyyətlər tətbiq edən ölkələrə qarşı təbii qaz kimi silahlardan istifadə etməyə başlayıb. Bu vəziyyəti ancaq Ukrayna münaqişəsinin nizamnlanması ilə həll etmək olar.

Biz bütün tərəfləri danışıqlar masasına oturmağa çağırırıq. Mən böyük optimist kimi görünmək istəmirəm, lakin taxıl sazişi atəşkəs danışıqlarının bərpası, məhbusların mübadiləsi və bəlkə də nəhayət, sülh sazişi üçün etimad zəmininin yaradılması üçün əsas yarada bilər”.

Kalın iki ölkə arasındakı hərbi münaqişənin qlobal qida və enerji bazarlarına mənfi təsir göstərdiyinə əminliyini ifadə edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti