ABŞ Yaponiyaya yüz milyonlarla dollarlıq raket satacaq

ABŞ Yaponiyaya yüz milyonlarla dollarlıq raket satacaq
  26 İyul 2022    Oxunub:1265
Vaşinqton Yaponiyaya təxminən 293 milyon dollar dəyərində orta mənzilli “hava-hava” raketləri və müvafiq avadanlıqların satışını şərti olaraq təsdiqləyib.
Bu barədə “Reuters” vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb. “Raytheon Technologies” aerokosmik şirkəti tərəfindən istehsal edilən raketlərin F-35 döyüş təyyarələrində quraşdırılacağı gözlənilir. Müqavilə 2021-ci ilin noyabrından müzakirə edilən Yaponiya Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çərçivəsində imzalana bilər.

İyun ayında Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) milli müdafiə üçün xərclərin artırılmasını seçki proqramının əsas bəndlərindən birinə çevirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti