Debat vaxtı aparıcının ürəyi getdi – VİDEO

  Debat vaxtı aparıcının ürəyi getdi –    VİDEO
  26 İyul 2022    Oxunub:5159
Böyük Britaniyada mühafizəkarların liderini, demək, həm də baş naziri müəyyən etmək üçün xarici işlər naziri Liz Trass ilə keçmiş maliyyə naziri Rişi Sunak arasında ikinci debat keçirilib. Amma veriliş zamanı aparıcı Keyt Makkenn bayıldığından, debatı yarımçıq saxlamaq lazım gəlib.
“TalkTV” və “The Sun”ın təşkil etdiyi debat zamanı Liz Trass Rusiyaya qarşı dayanmağa gücünün çatıb-çatmayacağı haqda seçicinin sualına cavab verərkən gurultu eşidilib və aparıcının yıxıldığı məlum olub. Liz Trass “Oh, my god” deyərək, aparıcıya tərəf gedib. Bu zaman debatın translyasiyası dayandırılıb.



Qeyd edək ki, suala cavab verərkən Trass Rusiyaya qarşı elə indidən daha sərt kurs seçməyin tərəfdarı olduğunu deyirdi. Sunak da eyni mövqeni ifadə edib. Buna qədər isə namizədlər iqtisadiyyat və səhiyyə ilə bağlı məsələlərdən danışıblar.

Trass vergiləri qaldırmağın “mənəviyyata zidd” olduğunu bildirib, Sunak isə “əsl mənəviyyatsızlıq bizim borclarımızı uşaqlarımıza və nəvələrimizə ötürmək olardı” deyərək, etiraz edib. Keçmiş maliyyə naziri iri şirkətlər üçün vergiləri qaldıracağını bildirib.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Britaniya   Debat  



Xəbər lenti