Meymunçiçəyinin ən çox yayıldığı ölkələr - İspaniya birinci, ABŞ ikincidir

   Meymunçiçəyinin ən çox yayıldığı ölkələr -    İspaniya birinci, ABŞ ikincidir
  27 İyul 2022    Oxunub:1401
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinə yoluxma halları baxımından ən təhlükəli ölkələrin adlarını açıqlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, virusun ən çox İspaniyada yayıldığı qeyd edilib. İndiyə qədər ölkədə 3 min 125 yoluxma halı qeydə alınıb.

Təşkilatın fövqəladə hallar proqramının Meymunçiçəyi ilə Mübarizə üzrə Katibliyinin rəhbəri Rosamund Lyuis dünyada bununla bağlı son vəziyyəti qiymətləndirib. O, Avropanın virusun ən çox yayıldığı region olduğunu vurğulayıb.

Dünyada meymunçiçəyinə yoluxma sayına görə ABŞ ikinci yerdədir. Birləşmiş Ştatlarda virusa 2 min 316 nəfər yoluxub. Almaniyada bu rəqəm 2 268, Britaniyada 2 137, Fransada 1 453, Niderlandda 712 təşkil edir.

ÜST-ün indiyədək dünya üzrə təsdiq etdiyi 16 mindən çox yoluxma halının 11 mindən çoxunun Avropa ölkələrində olduğunu vurğulayan Lyuis, virusun yayılmasının davam edəcəyi barədə xəbərdarlıq edib.

AzVision.az



Teqlər:



Xəbər lenti