Avropada təbii qazın qiyməti 2300 dolları ötüb

Avropada təbii qazın qiyməti 2300 dolları ötüb
  27 İyul 2022    Oxunub:1571
Avropa birjalarında təbii qazın qiyməti martın 8-dən bəri ilk dəfə min kubmetr üçün 2 300 dolları ötüb.
AzVision.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 2 307 dollar ətrafında alınıb-satılır.

Gün ərzində qiymətlər 10 faiz artıb.

Qeyd edək ki, bir neçə əvvəl "Qazprom"un Avropaya qaz nəqlini azaltmaq qərarı fonunda təbii qaz 12 faiz bahalaşmışdı.

Xatırladaq ki, martın əvvəlində Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.

AzVision.az



Teqlər:



Xəbər lenti