Riçard Gir: “Ukrayna uduzmamalıdır” – VİDEO

      Riçard Gir:    “Ukrayna uduzmamalıdır” –    VİDEO
  27 İyul 2022    Oxunub:2311
İyulun 23-də Kiyevdə Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın təşəbbüsü ilə birinci xanımlar və cənabların II Sammiti keçirilib.
1+1 telekanalı xəbər verir verir ki, tədbirdə şəxsən Litvanın və Latviyanın birinci xanımları iştirak edib, ABŞ, Fransa, Almaniya, Türkiyə, Serbiyanın birinci xanımları isə müzakirələrə onlayn formatda qatılıblar.



Sammitdə Hollivud ulduzu, dünya şöhrətli aktyor Rİçard Qir hibrid formatda çıxış edib. 72 yaşlı kino ulduzu deyib ki, Ukrayna müharibəni uduzmamalıdır: “Bu, şərlə müharibədir, biz onu uduzsaq, dünyadakı başqa diktatorlar da həvəslənəcəklər, ona görə də uduzmaq olmaz”.

Riçard Gir bildirib ki, Ukrayna daha əvvəlki kimi olmayacaq, müharibədən sonra ukraynalılar daha mükəmməl insanlara çevriləcəklər.

Kamran Qasımov
AzVision.az üçün


Teqlər:



Xəbər lenti