İranda oğlu polis tərəfindən öldürülən qadına 100 şallaq vurulacaq

   İranda oğlu polis tərəfindən öldürülən qadına    100 şallaq vurulacaq
  27 İyul 2022    Oxunub:1889
İranda nümayiş zamanı hakimiyyət tərəfindən öldürülən oğlunun ölümünə etiraz edən qadın 100 şallaq vurulacaq. 2019-cu ildə Peyman Golipur yanacaq qiymətlərinin artırılmasından narazı olan etirazçılar arasında olub. Nümayiş zamanı o, İran polisi tərəfindən öldürülüb.
Onun anası Məhbubə Ramezani üç ildir ki, ədalət tələb edir və oğlunun ölümündə günahkar olanların cəzalandırılmasını istəyir.

Etirazlarına görə qadının dəfələrlə həbslə hədələnməsinə baxmayaraq, o, qorxmayıb və araşdırma aparılmasını tələb edib. Bir neçə ay əvvəl Ramezani təqsirli bilinərək qiyabi olaraq 100 şallaq cəzasına məhkum edilib.

İyul ayında qadın həbs edilərək Tehran həbsxanasına aparılıb və onun barəsində verilən qərarın yerinə yetiriləcəyi ehtimal edilir. Lakin yerli hüquq müdafiəçiləri məhkəmənin qərarına yenidən baxılacağına ümid edərək, ictimaiyyəti bu işə diqqət yetirməyə çağırırlar.


AzVision.az



Teqlər:



Xəbər lenti