Taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzi açıldı

   Taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzi açıldı
  27 İyul 2022    Oxunub:1539
İstanbulda Ukraynanın dəniz limanlarından taxılın təhlükəsiz daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Türkiyənin milli müdafiə naziri Hulusi Akar iştirak edib. O bildirib ki, Ukrayna limanlarında ilk taxıl yüklü gəminin yaxın zamanda yola düşməsi üçün işlər gedir: "Mərkəz ticarət gəmilərinin qeydiyyatını aparacaq və onların marşrut üzrə hərəkət etmələrini peyk vasitəsi ilə izləyəcək".

Qeyd edək ki, mərkəzdə Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri fəaliyyət göstərəcək.


AzVision.az


Teqlər:



Xəbər lenti