Latviya ABŞ-dan HIMARS almaq istəyir

Latviya ABŞ-dan HIMARS almaq istəyir
  27 İyul 2022    Oxunub:1816
Latviya ABŞ-a üç Baltikyanı ölkənin birgə təşəbbüsü çərçivəsində baş tuta biləcək HIMARS reaktiv yaylım atəşi sistemlərinin alınması üçün sorğu göndərib.
Bu barədə “Defence News”a istinadən xəbər verir. Qeyd olunur ki, Latviya HIMARS almağa hazırlaşan Şərqi Avropa ölkələrinə qoşulmağı planlaşdırır. İyul ayında ABŞ Dövlət Departamenti əvvəllər Polşa və Rumıniya tərəfindən alınmış altı HIMARS və 500 milyon dollara qədər olan əlaqəli avadanlıqların Estoniyaya çatdırılmasını təsdiqləyib.

Həmçinin bildirilir ki, Latviya sahilyanı müdafiə raket sistemləri və orta mənzilli hava hücumundan müdafiə sistemləri almağa hazırlaşır. Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Latviya hökuməti 2025-ci ilə qədər müdafiə büdcəsini ÜDM-in 2,5%-nə çatdırmaq qərarına gəlib. Nazirliyin məlumatına görə, gələn il Riqa hərbi xərclərə 763,9 milyon dollar ayırmaq niyyətindədir.

AzVision.az


Teqlər:



Xəbər lenti