Azərbaycanın hərbi gəmiləri Rusiyada

   Azərbaycanın hərbi gəmiləri Rusiyada
  28 İyul 2022    Oxunub:2581
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi dənizçilərimiz Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan  



Xəbər lenti