ABŞ və Ukrayna kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

ABŞ və Ukrayna kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir
  28 İyul 2022    Oxunub:1819
ABŞ və Ukrayna kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, o cümlədən daha fəal məlumat mübadiləsi aparmaq qərarına gəliblər və bununla bağlı memorandum imzalayıblar.
Bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin strukturunda fəaliyyət göstərən İnfrastruktur və Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. ABŞ Departamentinin direktoru Cen İsterli sənədin imzalanmasını Ukraynanı Rusiyanın görünməmiş kiber təcavüzündən daha güclü müdafiə edəcək:

“Mən tərəfdaşlarımızla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı memorandumu imzalamaqdan çox məmnunam. Kibertəhlükələr sərhədləri və okeanları aşır və buna görə də biz Ukraynanın Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidməti ilə informasiya mübadiləsi və kibertəhlükələrə qarşı qlobal dayanıqlığın birgə qurulması üçün mövcud əlaqələrimizi daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik”.


AzVision.az



Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti