Hindistanda 1100-dən çox Twitter hesabı bloklandı

Hindistanda 1100-dən çox Twitter hesabı bloklandı
  28 İyul 2022    Oxunub:1276
Hindistanın İnformasiya Texnologiyaları Nazirliyi bu ilin birinci yarısında qanunu pozduğuna görə 1122 Twitter hesabını bloklamaq qərarına gəlib.
Bu barədə ölkə parlamentinin sorğusuna cavab olaraq elektron və informasiya texnologiyaları üzrə dövlət naziri Raciv Çandraşexar bildirib. Onun sözlərinə görə, 2021-ci ildə Twitter-də 2 851, 2020-ci ildə 2 731 və 2019-cu ildə 1041 hesab bloklanıb.

Çandraşexar həmçinin qeyd edib ki, bloklama Hindistanın suverenliyi və bütövlüyü, dövlətin təhlükəsizliyinin qorunması, xarici ölkələrlə dostluq münasibətləri, ictimai asayişi qorumaq və ya hər hansı cinayətin törədilməsinə təhrik edilməsinin qarşısını almaq üçündür.


AzVision.az



Teqlər:



Xəbər lenti