ABŞ Ermənistana 120 milyon dollar qrant verəcək

   ABŞ Ermənistana 120 milyon dollar qrant verəcək
  28 İyul 2022    Oxunub:1412
ABŞ demokratikləşməyə və iqtisadi sabitliyin qorunmasına yönəlmiş islahatları dəstəkləmək üçün Ermənistana 120 milyon dollar qrant verəcək.
Bu barədə “Armenia Today” məlumat yayıb. Qeyd olunur ki, Ermənistan hökuməti 2022-ci il iyunun 29-da imzalanan sazişi təsdiqləyib. Qrant vəsaitləri ayrı-ayrı tranşlarla köçürüləcək.

Məlumdur ki, demokratiyanın inkişafı üçün 68 milyon 556 min dollar, iqtisadi təhlükəsizliyin yaxşılaşdırılması üçün isə 51 milyon 435 min dollar nəzərdə tutulub.


AzVision.az



Teqlər:



Xəbər lenti