Ukrayna XİN Türkiyədəki futbol qalmaqalına reaksiya verdi

   Ukrayna XİN Türkiyədəki futbol qalmaqalına reaksiya verdi
  28 İyul 2022    Oxunub:1761
Ukrayna Xarici İşlər Nazirliyi türkiyəli azarkeşlərin dünənki futbol maçı zamanı Rusiya prezidenti Vladimir Putinə dəstək şüarları səsləndirməsinə reaksiya verib.
Luçesku türk azarkeşlərin Putin şüarını tənqid etdi
XİN rəsmisi Oleq Nikolenko Facebook-da paylaşım edərək yazıb ki, azarkeşlər qalibin tərəfində olsunlar.

- Çempionlar Liqasının seçmə mərhələsində “Fənərbaxça” azarkeşləri Rusiya prezidenti Vladimir Putinin, Kiyev “Dinamo”sunun azarkeşləri isə Ukrayna Silahlı Qüvvələrinin adını səsləndiriblər. Ukrayna Silahlı Qüvvələri Türkiyə meydanında Vladimir Putini 2:1 hesabı ilə məğlub etdi. Türk azarkeşlərə qalibin tərəfində olmağı tövsiyə edirik, - Nikolenko vurğulayıb.

Xatırladaq ki, dünən İstanbulda keçirilən Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Dinamo” “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib. Matçın 57-ci dəqiqəsində kiyevlilər azarkeşlərə qarşı təxribatçı jest edən Vitali Buyalskinin qolu sayəsində hesabda önə keçiblər. Buna cavab olaraq tribunalarda “La-la-la-la-la, Vladimir Putin!” şüarları eşidilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   XİN   Türkiyə  



Xəbər lenti