Basketbol millimiz yarımfinalda - Avropa çempionatı

Basketbol millimiz yarımfinalda -    Avropa çempionatı
  28 İyul 2022    Oxunub:1417
18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.
AzVision.az xəbər verir ki, C divizionundakı B qrupunda yer alan millimiz sonuncu matçında Moldova ilə qarşılaşıb və 75:66 hesabı ilə qalib gəlib. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn yığmamız yarımfinala yüksəlib.

Milli komandanın yarımfinaldakı rəqibi A qrupunda keçiriləcək Albaniya - Andorra görüşünün qalibi olacaq. İyulun 30-da oynanılacaq yarımfinal görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Qeyd edək ki, yığma bundan əvvəl "Lüksemburq"a 75:71, Cəbəllütariqə 115:60, Ermənistana 76:65 hesabı ilə qalib gəlib.

AzVision.az


Teqlər:



Xəbər lenti