Çin və ABŞ liderləri Ukrayna münaqişəsini müzakirə edib

Çin və ABŞ liderləri Ukrayna münaqişəsini müzakirə edib
  28 İyul 2022    Oxunub:1846
Çin və ABŞ hökumətlərarası işçi qrupu arasında əlaqələr bundan sonra da davam edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Çin prezidenti Si Cinpin ilə ABŞ prezidenti Co Bayden arasında baş tutan telefon danışığı zamanı iki ölkə arasında hökumətlərarası işçi qrupunun əlaqələri davam etdit mək barədə razılıq əldə olunub.

“İki ölkə liderləri Çin və ABŞ işçi qrupları qarşısında dialoqu və əməkdaşlığı bundan sonra da davam etdirmək razılıq əldə edib”, - deyə Çin Xarici İşlər Nazirliyinin saytında bildirilib.
Nazirliyin məlumatına görə, Si Cinpin və Bayden arasında səmimi və hərtərəfli söhbət olub.

Onlar gələcəkdə də bir-biri ilə əlaqələri davam etdirməyə hazır olduqlarını bildiriblər.

İki saatlıq söhbət zamanı dövlət başçıları Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Çin prezidenti bu məsələ ilə bağlı prinsipial mövqeyini ifadə edib.


Teqlər:



Xəbər lenti