Moskvada yataqxana yanıb: 8 ölü

Moskvada yataqxana yanıb:    8 ölü
  29 İyul 2022    Oxunub:1562
Rusiyada ağır faciə ilə nəticələnə yanğın hadisəsi baş verib. AzVision.az xəbər verir ki, gecə saatlarında Moskvadakı yataqxanalardan birində baş verən yanğın nəticəsində ona yaxın insan ölüb.
Yerli media ölənlərin sayının arta biləcəyini yazıb.

"Yanğın Alma-Atı küçəsi, 7, bina 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində başlayıb. Nəticədə 8 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Yanğın 150 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin rəisi vəzifəsini icra edən Andrey Rumyantsev jurnalistlərə bildirib ki, yanan yataqxanada dəfələrlə qanun pozuntuları aşkarlanıb, əmr və xəbərdarlıqlar edilib", - saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yanğın   Rusiya  



Xəbər lenti