"Biz tərəfdaşlarımızdan daşımaların başlanması ilə bağlı siqnallar gözləyirik. Qlobal ərzaq təhlükəsizliyinin qarantı olaraq qalmaq bizim üçün vacibdir. Kimsə Qara dənizi bağlayaraq başqa xalqların canını alarkən biz onların xilası üçün çalışırıq", - Zelenski bildirib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda “taxıl dəhlizi” ilə bağlı saziş imzalanıb. Ukrayna, Rusiya, Türkiyə və BMT Qara dəniz vasitəsilə taxıl ixracının həyata keçirilməsi barədə razılığa gəliblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


