Krım Tatar Xalq Məclisinin sədri türk azarkeşləri təhqir etdi

   Krım Tatar Xalq Məclisinin sədri türk azarkeşləri təhqir etdi
  29 İyul 2022    Oxunub:1512
Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov türkiyəli futbol azarkeşlərini təhqir edib. AzVision.az xəbər verir ki, o, Kiyev "Dinamo"su ilə oyun zamanı Vladimir Putinin adını qışqıran Türkiyənin "Fənərbaxça" futbol klubunun azarkeşlərinə qəzəblənərək onların ünvanına xoşagəlməz ifadələr işlədib.
Luçesku türk azarkeşlərin Putin şüarını tənqid etdi
Çubarov sosial şəbəkədəki səhifəsində məsələni şərh edərək İstanbul komandasının azarkeşlərinin davranışından şoka düşdüyünü deyib.

- Cahillər, əclaflar, məxluqlar... Bunlar Ukraynanın “Dinamo Kiyev” komandasının futbolçusunun “Fənərbağça”ya vurduğu qola cavab olaraq onun minlərlə azarkeşinin beynəlxalq cinayətkar və qatil olan Putinin adını hayqırmasından sonra ağlıma gələn ilk sözlərdir, - Çubarov yazıb.

Xatırladaq ki, 2 gün öncə İstanbulda keçirilən Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Dinamo” “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib. Matçın 57-ci dəqiqəsində kiyevlilər azarkeşlərə qarşı təxribatçı jest edən Vitali Buyalskinin qolu sayəsində hesabda önə keçiblər. Buna cavab olaraq tribunalarda “La-la-la-la-la, Vladimir Putin!” şüarları eşidilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:  



Xəbər lenti