İki asteroid Yerin yanından keçəcək

İki asteroid Yerin yanından keçəcək
  30 İyul 2022    Oxunub:1554
30 və 31 iyul 2022-ci il tarixlərində kiçik göydələnlər böyüklüyündə iki asteroid Yer kürəsinin yanından keçəcək.
Bu barədə NASA məlumat yayıb. “2016 CZ31” adlanan ilk asteroid şənbə günü Bakı vaxtı ilə gecə saat 3-də planetimizin yanından 2,8 milyon km məsafədə, təxminən 55.000 km/saat sürətlə keçəcək. NASA-nın məlumatına görə, bir neçə ildən bir Yerə yaxınlaşan asteroid növbəti dəfə 2028-ci ilin yanvarında planetin yanından uçacaq.

“2013 CU83” adlanan ikinci asteroidin eni 183 metrdir və Yer kürəsinin yanından 6,9 milyon km məsafədə keçəcək. Bu kosmik qaya 21.000 km/saat sürətlə hərəkət edəcək və 2022-ci il iyulun 31-də Bakı vaxtı ilə saat gecə 4:30-da Yerə yaxınlaşacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti