ABŞ “Taliban”a Əfqanıstanın 3,5 milyard dollarını verə bilər

ABŞ “Taliban”a Əfqanıstanın 3,5 milyard dollarını verə bilər
  30 İyul 2022    Oxunub:1291
ABŞ nümayəndə heyəti və radikal “Taliban” nümayəndələri Tacikistanda keçirilən son iclasda Əfqanıstanın əvvəlki hökumətinin dondurulmuş ehtiyatlarından təxminən 3,5 milyard dolların açılmasını müzakirə ediblər.
Bu barədə Bloomberg agentliyi yazır. Danışıqlar Əfqanıstanda humanitar böhranın kəskinləşməsi fonunda baş tutub. Qeyd olunub ki, Vaşinqton rəsmiləri ehtiyatların açılması üçün səyləri sürətləndirməyə razılaşıb və “Taliban”a xəbərdarlıq edib ki, pullar Əfqanıstan xalqının xeyrinə istifadə olunmalıdır.

ABŞ tərəfinə Əfqanıstan üzrə xüsusi nümayəndə Tomas Uest və maliyyə nazirinin maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson rəhbərlik edib.

AzVision.az



Teqlər:



Xəbər lenti