Rus ordusu dalandadır: Pentaqon Ukraynadakı durumu qiymətləndirib
Onlardan biri brifinq zamanı qeyd edib ki, belə vəziyyətin yaranmasının bir çox səbəbləri var. O cümlədən rusların döyüş ruhunun aşağı düşməsi, eləcə də cəbhədə böyük itkilər vermələri əsas səbəblərdən sayılır.
- Digər səbəb o ola bilər ki, ukraynalılar rusların komandanlıq və idarəçilərini tapmaqda və onları aradan götürməkdə, eləcə də xeyli sayda Rusiya texnikasını məhv etməkdə xeyli effektli işlər görməyə başlayıblar, - rəsmilərdən biri deyib.
O, həmçinin vurğulayıb ki, artıq bir çox hallarda rus əsgərlərinin döyüş effektivliyi çox zəif olur.
- İnsanları hazırlıqsız vəziyyətdə tanklara mindirdilər. Mən rus tankının dairəvi şəkildə necə hərəkət etməsinin videosunu gördüm. Məlum oldu ki, bu, sürücünün təlim keçməməsi və tank sürməyi bacarmaması ilə bağlıdır, - Pentaqon təmsilçisi qeyd edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


