Koronavirusa yoluxanların sayı 500-ü keçdi

   Koronavirusa yoluxanların sayı 500-ü keçdi
  02 Avqust 2022    Oxunub:1449
Azərbaycanda koronavirusa 531 yeni yoluxma qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər ölüb.

Ölkədə indiyədək 799 471 nəfər koronavirusa yoluxub. Onlardan 787 080 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 639 nəfərdir.

Ölkədə son sutka ərzində 3 950, hazırkı dövrədək isə 7 051 505 test aparılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti