Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti yenidən formalaşdırılıb
Assosiasiyasının nizamnaməsinə əsasən quruma yeni İdarə Heyəti sədrinin və İdarə Heyəti üzvlərinin seçkisi keçirilib. Açıq səsvermə yolu ilə baş tutan seçkilərdə Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyitinin sədri seçilib. Eyni zamanda Assosiasiyanın İdarə Heyəti yenidən formalaşdırılıb. Belə ki, Əhməd Qurbanov sədrin müavini, Qüdrət Hacıyev, İbrahim Əliyev, Vəfa Cavadova, İlmir İsmayılov, Raul Fərəcov, Müzəffər Abbasov və Çingiz Mürsəlov yeni İdarə Heyətinin üzvləri seçiliblər.
Assambleyeda çıxış edən Göydəniz Qəhrəmanov Assosiasiyanın mümkün vasitələrdən və imkanlardan istifadə edərək ölkə turizminin bərpasında və inkişafında, eləcə də dünyaya tanıdılmasında aktiv fəaliyyət göstərəcəyini bildirib. O Assosiasiya olaraq bundan sonra da turizm agentlikləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına çalışacaqlarını, üzv şirkətlərin maraqlarının qorunmasını təmin edəcəklərini bildirb.
Göydəniz Qəhrəmanov Assosiasiyaya yarandığı gündən böyük dəstək göstərən Dövlət Turizm Agentliyinə və Azərbaycan Turizm Bürosuna Assosiasiya adından təşəkkürünü bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


