Sabiq nazirlər Şuşada gənclərlə görüşdü - Foto

   Sabiq nazirlər Şuşada gənclərlə görüşdü -    Foto
  11 Avqust 2022    Oxunub:1062
Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüşən tanınmış Azərbaycan diplomatları təəssüratlarını bölüşüblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata görə, Azərbaycanın Baş naziri, xarici işlər naziri və müxtəlif ölkələrdəki səfiri vəzifələrində çalışmış dövlət xadimi Həsən Həsənov III Yay Düşərgəsinin Şuşada keçirilməsi ideyasını çox yüksək qiymətləndirib:

“Auditoriya çox mükəmməl idi. Başqa ölkələrdə yaşamalarına baxmayaraq, uşaqların hamısında konsepsiyanın dolğunluğu hiss olunur. Mən böyük məmnuniyyətlə bu tədbirdə işitrak etdim və suallara böyük həvəs cavab verdim. Bu panelin təşkili uşaqların diplomatik və tarixi biliklərinin artmasına vəsilə olacaq”.

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev də qeyd edib ki, Yay Düşərgəsinin keçirilməsi Azərbaycan diaspor gənclərinin diplomatiya və tarixlə bağlı təsəvvürlərinin artmasına müsbət təsir edir:

“Mən son illərdə gənclərlə bir neçə dəfə təmasda olmuşam. Hesab edirəm ki, belə tədbirlərin sayı artırılmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlərdə diasporla iş sahəsində canlanma yaradıb. Həm yay məktəblərinin keçirilməsi, həm də müxtəlif ölkələrdə Azərbaycan Evlərinin açılması təqdirəlayiq haldır. Budapeştdə açılmış Azərbaycan Evi artıq orada yaşayanların ümumi evinə çevrilib. Gənclər və tələbələr orada müxtəlif tədbirlər keçirirlər. Bütünlükdə bu, müsbət təcrübədir. Bunu daha da inkişaf etdirmək və yaymaq lazımdır. Belə layihələr genişləndirilməli, təkcə diaspor gənclərinin yox, müxtəlif sahələr üzrə fəaliyyət göstərən diaspor gənclərinin seminarlarının keçirilməsi yaxşı olardı”.

AzVision.az


Teqlər:



Xəbər lenti