Şabran və Qəbələdə yanğının söndürülməsinə 2 helikopter cəlb olunub
Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə Fövqəladə Hallar Nazirliyindən əlavə qüvvələr, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: