İnstitutun direktoru Allahverdi Musayev, baş həkimi Azər Əhmədov və Anesteziologiya Reanimasiya İntensiv Terapiya şöbəsinin müdiri Xalidə Mustafayeva körpələri müayinə ediblər.
Bütün kliniki və laborator müayinələrdən keçirilən beşəmlərin vəziyyəti hazırda I tay küvezdə vəziyyəti orta ağır, nəmlənmiş nazal oksigen alır, II tay ağır, CPAP rejimində respirator tənəffüs dəstəyi alır, III tay orta ağır, nəmlənmiş nazal oksigen alır IV və V tay Süni Ventilyasiya aparatında ağciyərlərin ventilyasiyası aparılır.
"Məlumat üçün bildirək ki, 32-ci həftəsində doğulmuş beşəmlərin 3-ü həyatlarının birinci sutkasında ağır vəziyyətdə, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər", - deyə açıqlamada bildirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


