"Snayper həddi"ndə növbəti mərhələ üzrə püşkatma keçirilib

"Snayper həddi"ndə növbəti mərhələ üzrə püşkatma keçirilib
  20 Avqust 2022    Oxunub:1043
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində ikinci mərhələnin epizodlarının icrası üzrə sıralamanı müəyyənləşdirmək məqsədilə püşkatma mərasimi keçirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası çalışmaları yeddinci sırada yerinə yetirəcək.

Daha sonra müsabiqənin planına uyğun olaraq ikinci mərhələyə hazırlıq prosesinə start verilib. Hərbi qulluqçular tapançalardan sınaq atışları həyata keçiriblər.

AzVision.az



Teqlər:



Xəbər lenti