Siyəzənin Allahyarlı kəndində meşə yanğını söndürülüb

 Siyəzənin Allahyarlı kəndində meşə  yanğını söndürülüb
  20 Avqust 2022    Oxunub:1408
Siyəzən rayonunun Allahyarlı kəndində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var.
AzVision.az xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib:

"Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib".

AzVision.az



Teqlər: Siyəzən   Yanğın  



Xəbər lenti