Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib

   Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib
  21 Avqust 2022    Oxunub:1269
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Vitse-prezident F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti