Aleksandr Duqin xəstəxanaya yerləşdirildi
O bildirib ki, Duqin xəstəxanaya aparılarkən huşu özündə olmayıb və qızının itkisi ona çox pis təsir edib. Keçmiş deputat Duqinin təhlükəsizliyinin artırıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. İlkin ehtimala əsasən, avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


