Sumqayıtda 78 sürücü cərimələnib
Avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib. "Təmiz hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 78 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Bundan başqa digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində müvafiq qaydada tədbir görülüb.
Qeyd edilib ki, “Təmiz hava” aylığı çərçivəsində yol polisləri tərəfindən profilaktik tədbirlər paytaxt Bakı ilə yanaşı, Respublikanın hər bir bölgəsində keçirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


