Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin vəzifələri artırılıb

   Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin vəzifələri artırılıb
  23 Avqust 2022    Oxunub:1847
Prezident İlham Əliyev “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 2019-cu il tarixli fərmanında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Bakı şəhəri ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də yol və mühəndis-kommunikasiya xətləri üçün trasları müəyyən etmək, səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq vəzifələri verilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti