Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüb
Əlavə məlumat veriləcək.
***
16:20
Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.
Bu barədə AzVision.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


