Diqqətli olun: Əkiziniz hər an qarşınıza çıxa bilər!

      Diqqətli olun:   Əkiziniz hər an qarşınıza çıxa bilər!
  25 Avqust 2022    Oxunub:1557
Hər birimizin ətrafında: “Sən mənim dostuma çox oxşayırsan... Sanki əkizsiniz...” dediyimiz insanlar var. Halbuki onlar nə əkizdir, nə də ki, qohumluq əlaqələri var. Lakin fiziki görünüşləri demək olar ki, eynidir. Alimlər insanların bir-birilərinə niyə bu qədər çox bənzədiklərinin səbəbini araşdırıblar. Araşdırma zamanı əldə etdikləri nəticələr onları belə təəccübləndirib.
Charlie Chasen və Michael Malone1997-ci ildə Atlantada tanış olublar. Chasenin musiqi qrupunun bir solistə ehtiyacı olan zaman Malone qonaq sənətçi qismində bir neçə dəfə qrup üzvləri ilə səhnədə çıxış etmişdi.

Chasen və Malone qısa zaman müddətində yaxın dost oldular. Lakin onlar etiraflarında olan insanların dilə gətirdiyi bir həqiqətin fərqində deyildilər: Bir-birilərinə tək yumurta əkizi ola biləcək qədər çox bənzəyirdilər.

Bu iki dostun aralarında heç bir qohumluq əlaqəsi belə yox idi. Valideynləri dünyanın fərqli yerlərindən Amerika Birləşmiş Ştatlarına köçmüşdü. Chasen-in valideynləri Litva və Şotlandiya, Malonenin valideynləri isə Dominik Respublikası və Bahama adalarından idilər.

Chasen və Malone kimi bir-birinə bənzəyən, yalnız heç bir qohumluq əlaqəsi olmayan insanlara “Doppelgänger” deyilir. Alman mənşəyi olan bu söz “oxşar, bənzər” deməkdir.

Kanadalı rəssam François Brunellenin bu məsələ ilə bağlı maraqlı bir layihəsi var. Dünyanın dörd bir tərəfini gəzib aralarında Chasen və Malone kimi bir-birinə bənzəyən yüzlərlə insanların şəkilini çəkdiyi bu layihənin adı "Je ne suis pas un sosie!"/"I'm not a look-alike", yəni “Mən kimsənin oxşarı deyiləm”.
Brunelleye bu şəkilləri çəkməkdə ona ilham verən və həvəsləndirən onun öz doppelgänger-ini tapması idi. Onun oxşarı Mr.Bean rolu ilə tanın İngilis aktyoru Rowan Atkinsondur. Brunellenin bu layihyəsi sosial mediada və internetdə böyük maraqla qarşılandı.

Həmçinin, bir-birilərinə bənzəyən yad insanlarla maraqlananlar arasında, genetik əlaqələri araşdıran elm insanları da var idi.

İspaniyanın Barselona şəhərində yerləşən və Josep Carreras adına olan Leykemiya Tədqiqat İnstitutunda çalışan Manel Esteller bir zamanlar tek yumurta əkizlərinin fiziki fərqlilikləri ilə bağlı işləyən bir elm insanı idi.

Esteller yeni araşdırmasını bir-biri ilə heç bir əlaqəsi olmadığı halda bir-birilərinə çox oxşayan insanlarla bağlı etmək istəyirdi. “Bu oxşarlığın səbəbi nədir?”- bu sual onu narahat edirdi.

Avqust ayının 23-ündə Cell Reports adlanan elmi jurnalda yayımlanan məqalə bu sualın cavabını dünyaya açıqladı.

M. Esteller və onun komandası araşdırma çərçivəsində Brunellenin şəkillərini çəkdiyi bənzər insanların 32-si ilə görüşdü.Onlardan alınan DNT nümunələri təhlil edildi. İştirakçılarla onların yaşam tərzləri ilə bağlı sorğular keçirildi.

Tədqiqatçılar üz tanıma proqramından istifadə edərək, onların oxşarlıqlarını kəmiyyətcə müəyyən etməyə çalışdılar. 32 bənzərdən 16-nın üz tanıma proqramında aldığı nəticələr tək yumurta əkizləri ilə eyni səviyyədə idi.

Qeyd edək ki, ikinci mərhələdə onların DNT-lərinin də bənzəyib bənzəmədiyinə baxıldı.
M. Esteller “New York Times”a etdiyi açıqlamada bildirib ki, bu insanların genomlarının, yəni DNT ardıcıllıqlarının əhəmiyyətli olan bir hissəsi ortaqdır. Bu səbəbdən onlar bir-birilərinə bu qədər oxşayırlar. Bir-birinə bənzər olan insanların ortaq genlərə sahib olmaları qulağa çox adi gəlir, lakin bu fenomen əvvəllər heç vaxt bu şəkildə nümayiş etdirilməmişdi.

Yalnız necə bir insan olduğumuzu açıqlamaq üçün tək DNT kifayət deyil. Yaşam təcrübələrimiz əcdadlarımızın təcrübələri ilə bir araya gəlir və genlərimizin hansının aktiv və hansının passiv olacağını müəyyən edir. Bunu elmi adı epigenom adlanır.

Bu ziddiyyət bizə “doppelganger” lərin oxşar görünmələrinin səbəbinin böyüdükləri mühitdəki oxşarlıqlar deyil, DNT-ləri olduğunu göstərir. M.Esteller ətraf mühitin təsirlərinin daha çox olacağını gözlədiklərini və bu nəticənin onu təəccübləndirdiyini bildirib.

Genlərin sıralana biləcəyi birləşmələrin sayı aydındır. Dünya əhalisi müəyyən bir nöqtəyə çatdıqda, bu birləşmələrin takrarlanma ehtimalı artır.

M.Esteller bunu "Hazırda dünyada o qədər çox insan var ki, sistem təkrarlanmağa başlayır" deyərək izah edib. Başqa sözlə, bir yerdə “doppelganger”nizin olmamağı üçün heç bir səbəb yoxdur.

Şəms Şahinli

AzVision.az




Teqlər:



Xəbər lenti