Siz qayıtmayacaqsınız!!!

// Ermənilər özlərinin tikdikləri kilsəyə qarşı barbarlıq ediblər

      Siz qayıtmayacaqsınız!!!
  26 Avqust 2022    Oxunub:3033
"Biz qayıdacağıq" tezisi müasir Ermənistan cəmiyyəti üçün əsas təsəlli şüarlarından birinə çevrilib. Vaxtilə Kəlbəcəri tərk edərkən ermənilərin yandırdıqları evlərin divarlarına yazdıqları Laçında da görünməyə başlayıb. Özü də işğal müddətində diasporun vəsaitilə qanunsuz tikilən və bu yaxınlarda gümbəzindəki xaçı söküb aparılan "Surb Arutyun" kilsəsinin interyerində.
Çox sayda orfoqrafik səhvlə kilsə divarına rusca cızılmış bu son ismarışda artıq ənənəyə çevrilmiş "biz yenə qayıdacayıq / bu bizim müqəddəs, bizim kilsə / Qarabağ erməni torpaqlarıdır..." və xaç təsvirindən sonra, yenidən "biz qayıdacağıq" sözləri həkk olunub.

Bu arada, Qafqaz Albaniyası dövrünə aid olmayan və 1996-1998-ci illərdə “M-12” trassının Zabux-Laçın hissəsində qanunsuz inşa edilən dini (əslində isə işğal rəmzi olan) tikilinin gələcək aqibəti sual altındadır. Məntiqlə, müvafiq qurumların qərarlarından sonra o, yerlə bir edilməlidir...

Hans Kloss
AzVision.az



Teqlər: Qarabağ  



Xəbər lenti